Olimpiaçılarımız Londona yola salınır
24 İyul 2012 Çərşənbə Axşamı 12:29
Nümayəndə heyətimizi aparan təyyarə saat 13:30-da havaya qalxacaq.
Bu gün Azərbaycanın olimpiya yığması üzvlərinin London Yay Olimpiya Oyunlarına yola salma mərasimi keçirilib. Mərasim Heydər Əliyev Beynəlxalq Hava Limanında olub. Nümayəndə heyətimizi aparan təyyarə saat 13:30-da havaya qalxacaq.

Qeyd edək ki, bu gün Londona olimpiyaçılarımızın yalnız bir hissəsi - boksçular, üzgüçülər, qılıncoynadanlar, atletlər, cüdoçular və ağır atletlər səfərə çıxıblar. Olimpiya yığmamızın digər üzvləri isə 3 qrup şəklində 26 iyul, 2 avqust və 4 avqustda Londona yola salınacaq.

.


DOSTLARINLA PAYLAŞ:

oyunlar