Oleq Maskayevin rinqə qayıdışı möhtəşəm alındı
31 Dekabr 2012 Bazar Ertəsi 21:18
Rusiyalı peşəkar boksçu Ouen Bekə qalib gəlib.
Rusiyalı superağırçəkili peşəkar boksçu Oleq Maskayevin 3 illik fasilədən sonra rinqə qayıdışı möhtəşəm alınıb. ANS PRESS-in məlumatına görə, rusiyalı boksçu yamaykalı Ouen Beklə qarşılaşıb.

Vaxtilə Hasim Rəhmana qalib gələrək WBC kəmərinə sahib olan 43 yaşlı Oleq Maskayev üçün 36 yaşlı rəqiblə döyüş o qədər də çətin keçməyib.

Döyüşün əvvəlindən üstünlüyü ələ keçirən O. Maskayev rəqibini nokautla məğlub edib. Oleq Maskayevin təmsilçiləri müştərilərinin yaxın aylarda yenidən rinqə çıxacağını bildiriblər.



DOSTLARINLA PAYLAŞ:

oyunlar