Old Trafford tribunasına Aleks Fergüsson adı verildi
06 Noyabr 2011 Bazar 04:09
Şotlandiyalı mütəxəssis Aleks Fergüsson 25 ildir “Mançester Yunayted”i çalışdırır.
“Mançester Yunayted”in ev stadionu “Old Trafford”un ən böyük tribunası ser Aleks Fergüssonun adını daşıyacaq. Bu barədə məlumat klubun internet saytında yerləşdirilib. Bu gün Aleks Fergüsson “Mançester Yunayted”in sükanı arxasındakı 25 illiyini qeyd edir.
2012-ci ilin avqustunda isə stadionun girişində şotlandiyalı müxəssisin heykəlinin qoyulması planlaşdırılır.
“Bu illər ərzində eyni komandanı çalışdırmaq heyrətamizdir. Ötən dbvrdə ser Aleks İngiltərənin futbol tarixində ən uğurlu menecer olub”, - klubun idraçı direktoru Devid Gill bildirib.
Aleks Fergüsson 1986-cı ilin noyabrında mankunianları çalışdırmağa başlayıb. Bu müddət ərzində “Mançester Yunayted” 37 titul qazanıb. Klub 12 dəfə İngiltərə çempionu olub və iki dəfə Çempionlar Liqasında birincilik qazanıb.
DOSTLARINLA PAYLAŞ: