Oğlanlar qızlara güclərini göstərdilər
12 Noyabr 2010 Cümə 10:50
15 yaşadək qızlardan ibarət milli məğlub olub.
Şağan Olimpiya İdman Kompleksinin stadionunda 15 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, yığmanın rəqibi “İnter” klubunun nəzdindəki oğlanlardan ibarət U-13 komandası olub.
Qarşılaşma 5:1 hesabı ilə “İnter” U-13-ün xeyrinə başa çatıb. Yığmamızın heyətində Aliyə Vəliyeva fərqlənib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: