Obafemi Martins Rusiyaya üz tutdu
09 İyul 2010 Cümə 17:25
Futbolçu Obafemi Martins "Rubin" klubunda çıxış edəcək.
Futbol üzrə son Rusiya çempionu Kazanın “Rubin” klubu heyətini gücləndirib. Klub Almaniya “Volfsburq”unda çıxış edən nigeriyalı futbolçu Obafemi Martinsi transfer edib.

Futbolçunun transfer edilməsinı hələ ki, nə “Rubin”, nə də “Volfsburq” rəsmən təsdiq edib. Bu məlumatı Nigeriya yığmasında Martinsin komanda yoldaşı olan ÇSKA klubunun üzvü Çidi Odia verib.

Xatırladaq ki, Obafemi Martins karyerası ərzində “İnter” və “Nyukasl” klublarının şərəfini qoruyub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar