Nizami Sadıqov ən məhsuldar 12-ci qapıçıdır
05 Mart 2009 Cümə Axşamı 16:05
Bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının açılqadığı siyahıda öz əksini tapıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) məhsuldar qapıçıların siyahısını açıqlayıb. Qapıçıların oynadıqları beynəlxalq və milli çempionat matçları nəzərə alındığı araşdırmada, hazırda San Paulo klubunun şərəfini qoruyan Roqerio Ceni ilk sırada yer alıb. R. Ceni karyerası ərzində 36-sı 11 metrlik cərimə zərbəsi, 47-si isə cərimə zərbəsindən olmaqla ümumilikdə 83 qola imza atıb.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) açıqladığı siyahıda, daha öncə bu siyahıda ilk sırada olan paraqvaylı Jose Luis Feliks Çilavert 62 qolla ikinci sırada yer alır. Siyahıda üçüncü sırada isə rəqib qapılarından 41 qol keçirən kolumbiyalı qapıçı Rene Hiquita yer alıb. İFFHS-in açıqladığı siyahıda azərbaycanlı qapıçı da yer alıb. Uzun illər Tovuzun "Turan" klubunun şərəfini qorumuş Nizami Sadıxov bu siyahıda 12-ci sırada yer alıb. Hazırda Ağdamın "Qarabağ" klubunda məşqçi işləyən Sadıqov rəqib qapılarından 21 qol keçirib.

İFFHS-in dəyərləndirməsinə görə dünyanın ən məhsuldar 12 qapıçısısı

ADI KLUBU ÖLKƏSİ QOL

1.

Roqerio Ceni

San Paulo

Braziliya

83

36/penaltıdan vurduğu/47 oyunda vurduğu qollar

2.

Joze Luis Feliks Çilavert

Penarol

Paraqvay

62

(45/17)

3.

Rene Hiquita

Deportivo

Kolumbiya

41

(37/4)

4.

Jorge Kampos

Puebla

Meksika

40

(9/31)

5.

Conni Martin Veqas

Sport Ancas Huaraz

Peru

36

(28/8)

6.

Dmitar İvankov

Bursaspor

Bolqarıstan

33

(33/0)

7.

Alvaro Misael Alfaro

Atletiko

Salvador

31

(20/11)

8.

Hans-Jorq Butt


Almaniya

28

(28/0)

9.

Marko Antonio Kornez

Deportes

Çili

24

(24/0)

10.

Draqan Pantel

Radniçki

Yuqoslaviya

22

(21/1)

11.

Zarko Luçiç

Mladost

Çernoqoriya

21

(21/0)

12.

Nizami Sadıqov

Turan

Azərbaycan

21

(12/9)



DOSTLARINLA PAYLAŞ:

oyunlar