Nistelroy İstanbulu bəyənmədi
22 Yanvar 2010 Cümə 17:40
Hollandiyalı futbolçu Nistelroy "Hamburq"u seçib
İspaniyanın “Real” klubunun hollandiyalı futbolçusu Rud van Nistelroyun klubdan ayrıldığı barədə məlumat yayılıb. Almaniya və İspaniya mətbuatının iddiasına görə, 33 yaşlı futbolçu artıq sabah “Hamburq”la yeni müqaviləyə imza atacaq.

Nistelroyla “Qalatasaray”, “Stok Siti” və “Vest Hem” kimi klubların maraqlanmasına baxmayaraq, futbolçu məhz “Hamburq”a keçməyə üstünlük verib. Almaniya klubunun Nistelroyun keçidi üçün “Real”a 2 milyon avro ödədiyi bildirilir.

Xatırladaq ki, Rud van Nistelroy “Mançester Yunayted”in heyətində çıxış etdiyi zaman Premyer Liqanın “qol kralı” olmuşdu. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar