Nikolay Karpol "Azərreyl"ə hörmət edir
14 Mart 2011 Bazar Ertəsi 17:45
Bununla belə “Uraloçka”nın baş məşqçisi komandasının Bakıda qalib gələcəyinə inanır
“Azərreyl” “Çelenc Cup” turnirinin yarımfinal mərhələsində sabah Rusiyanın “Uraloçka” klubu ilə üz-üzə gələcək. ANS PRESS-in Avropa Voleybol Konfederasiyasının (CEV) rəsmi saytına istinadən verdiyi məlumata görə, “Uraloçka” klubu artıq Bakıdadır.
Rəqib komandanın dünyaca məşhur baş məşqçisi Nikolay Karpol Bakıdan qələbə ilə ayrılmaq istədiyini bildirib. “Biz “Azərreyl” klubuna böyük hörmət hissi ilə yanaşırıq. Bununla yanaşı sabahkı oyunda qalib gəlməyə çalışacağıq”,- deyə Nikolay Karpol bildirib.
“Uraloçka”nın kapitanı Yevgeniya Estes (Artamanova) isə komandasının gücünə inandığını vurğulayıb. “Biz yenidən Azərbaycanda olmağımızdan çox məmnunuq. Sabahkı oyunda “Uraloçka”nın qalib gələcəyinə inanıram”, - deyə Yevgeniya Estes bildirib.
DOSTLARINLA PAYLAŞ: