Nigeriya prezidentinə 48 saat vaxt verildi
02 İyul 2010 Cümə 19:10
FİFA Nigeriya Futbol Federasiyasını diskvalifikasiya ilə hədələyib.
Nigeriya prezidenti ölkənin milli futbol komandasına qoyulmuş beynəlxalq turnirlərdə iştirak etmək qadağasını 48 saat ərzində ləğv etməzsə, FİFA Nigeriya Futbol Federasiyasını diskvalifikasiya edəcəyini bildirib. FİFA baş katibi Jerom Valkenin də ölkə prezidentinin qəbul etdiyi qərarın müzakirə olunması üçün Nigeriya Futbol Federasiyası rəsmiləri ilə görüşəcəyi gözlənilir.
Xatırladaq ki, Nigeriya prezidenti Conatan Qudlak ölkəsinin futbol yığması üçün qadağalar tətbiq edib. Prezident ölkə yığmasına Cənubi Afrika Respublikasında keçirilən futbol üzrə Dünya çempionatındakı uğursuzluğa görə bütün beynəlxalq turnirlərdə iştirak etməyi qadağan edib. Milli komanda üçün beynəlxalq arenalara çıxmaq qadağası iki il müddətinə qüvvədə olacaq.
Qeyd edək ki, Lars Laqrbekin rəhbərlik etdiyi Nigeriya millisi futbol üzrə 19-cu Dünya çempionatının qrup mərhələsini adlaya bilməyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: