Nigeriya millisi Afrika Kubokunun qalibi oldu
11 Fevral 2013 Bazar Ertəsi 02:15
Nigeriyalılar finalda Burkina-Faso yığmasını məğlub ediblər.
Nigeriyanın futbol millisi Afrika Kubokunun qalibi olub. ANS PRESS-in məlumatına görə, qitə birinciliyinin həlledici oyununda nigeriyalılar Burkina-Faso yığmasını məğlub ediblər.

Qarşılaşmanın taleyini birinci hissədə vurulan qol həll edib. 24 yaşlı yarımmüdafiəçi Sandey Mba 40-cı dəqiqədə komandasının qələbə qolunu vurub.

Bu dəfəki titul Nigeriya millisinin tarixində sayca üçüncüdür. Komanda 1980 və 1994-cü illərdə də qitə birinciliyinin qalibi olub. Burkina Faso yığması isə tarixində ilk dəfədir finala çıxırdı.

Xatırladaq ki, bir gün əvvəl keçirilən qarşılaşmada Mali millisi Qana yığmasını məğlub edərək, gümüş medala sahib olmuşdu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar