Nicat Rəhimov Avropa çempionu oldu
21 May 2010 Cümə 11:55
Ağır atletimiz Nicat Rəhimov İspaniyada uğurla çıxış edib
İspaniyanın Valensiya şəhərində gənclər arasında ağır atletika üzrə Avropa çempionatı davam edir. Baş məşqçi Nizami Paşayevin rəhbərliyi altında uğurlu çıxış edən idmançılarımız daha bir medala sahib çıxıblar.
69 kq çəki dərəcəsində ölkəmizin şərəfini qoruyan Nicat Rəhimov 290 kq (131 kq +159 kq) qaldıraraq, Avropa çempionu adına layiq görülüb. O, həmçinin təkanla kiçik qızıl və birdən qaldırmada kiçik gümüş medala da sahib olub.
Xatırladaq ki, Avropa çempionatının ilk günündə Məhəmməd Seyidov 2 kiçik və 1 böyük gümüş, ikinci günündə Firudin Quliyev 1 kiçik qızıl, 1 kiçik gümüş və 1 böyük gümüş medal qazanıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: