Neftçinin sabiq məşqçisi Yuri Sevidov vəfat etdi
11 Fevral 2010 Cümə Axşamı 16:05
Yuri Sevidov İspaniyada dünyasını dəyişib
"Neftçi"nin sabiq baş məşqçisi Yuri Sevidov vəfat edib. Rusiya mətbuatında yayılan məlumata görə, Sevidov ezamiyyətdə olduğu İspaniyanın Marbilya şəhərində dünyasını dəyişib.

1942-ci ildə Rusiyada dünyaya gələn Sevidov futbolçu karyerası ərzində "Spartak", "Kayrat", "Şaxtyor", "Spartak" (Ryazan) klublarında çıxış edib.

O, məşqçi karyerası ərzində “Neftçi”, FŞM (Moskva), "Dinamo" (Voloqda), "Spartak" (Ryazan), "Şinnik" (Yaroslavl), "Dinamo" (Mahaçqala), "Maqnezit" (Satka), "Patriot" (Moskva) klublarını çalışdırıb. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar