Neftçinin Çempionlar Liqasındakı rəqibi bəlli olub
25 İyun 2012 Bazar Ertəsi 15:54
Komandamız Gürcüstan çempionu "Zestafoni" ilə münasibətlərinə aydınlıq gətirəcək.
Azərbaycan çempionu “Neftçi”nin Çempionlar Liqasının 2012/13 ci il mövsümü üçün rəqibi bəlli olub. ANS PRESS-in məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində komandamızın rəqibi Gürcüstan çempionu "Zestafoni" olub. İlk qarşılaşmalar 17-18 iyulda cavab görüşləri isə 24-25 iyulda baş tutacaq. "Neftçi" qələbə qazanacağı təqdirdə üçüncü təsnifat mərhələsinə vəsiqə qazanacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar