Neftçinin braziliyalı futbolçusu ümidini itirmir
16 Dekabr 2010 Cümə Axşamı 17:30
Denis Silva: "Biz Gəncədən 3 xalla ayrılacağıq"
"Neftçi"nin futbolçusu Denis Silva dekabrın 18-də Unibank Premyer Liqasının 18-ci turunda "Gəncə" ilə keçiriləcək oyun haqda fikirlərini bildirib. Braziliyalı müdafiəçi klubun rəsmi saytına müsahibəsində bunları deyib: "Gəncə" çox güclü komandadır. Üstəlik, onlar doğma meydanda oynayacaqlarından, qarşılaşma çətin keçəcək. "Gəncə" "altılıq" uğrunda mübarizə aparır və turnir cədvəlində irəliləmək istəyir. Buna görə də rəqib də 3 xal üçün mübarizə aparacaq. Əsas heyətin üzvlərindən zədəli olanları var. Buna baxmayaraq, düşünürəm ki, onları əvəz edəcək futbolçular komandaya kömək ola biləcəklər və biz Gəncədən 3 xalla ayrılacağıq".

Xatırladaq ki, “Neftçi” ötən tur “Bakı” klubuna 0:2 hesabı ilə uduzaraq turnur cədvəlində liderliyi “Xəzər Lənkəran” klubuna təhvil vermişdi.



DOSTLARINLA PAYLAŞ:

oyunlar