"Neftçi" futbol klubunun almaniyalı baş məşqçisi Hans Yürgen Gede istefaya göndərilib. Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Səfiyarlının ANSPRESS-ə verdiyi məlumata görə, "Neftçi" klubunun prezidenti Əkbər Hacıyev komandanın uğursuz çıxışını nəzərə alaraq H.Y.Gedenin komandadan uzaqlaşdırılmasına qərar verib. "Neftçi"nin baş məşqçisi postuna kimin gətiriləcəyi hələlik məlum deyil. Baş məşqçi postu müvəqqəti olaraq köməkçi məşqçi Böyükağa Ağayevə həvalə olunub. "Neftçi"ni mövsümün sonuna kimi B.Ağayevin çalışdıracağı bildirilir.
Elvin Rəsul/ANS PRESS/