Neftçi zirvədəki mövqeyini qoruya bildi
04 Dekabr 2011 Bazar 19:40
Neftçi klubu Bakıda “Simurq”u 4:2 hesabı ilə məğlub edib.
Bu gün Premyer Liqada XV turun oyunları keçirilib. Cari mövsümdə ilk dəfə tur eyni gündə baş tutub. Noyabrın 30-da Azərbaycan kubokunun 1/8 final oyunları keçirildiyindən, komandaların çempionatda həftənin son günü meydana çıxmağı daha məqsədəuyğun sayılıb.

Son çempion “Neftçi” ötən tur yüksəldiyi zirvəni qoruya bilib. Bakılılar Premyer Liqa tarixində 1000-ci qolunu vurduqları oyunda “Simurq”u 4:2 hesabı ilə məğlub edib.

Turun mərkəzi görüşü isə Lənkəranda keçirilib. Məğlubiyyətsiz oyunlar seriyasını davam etdirən “İnter” “Xəzər Lənkəran”ı Baçana Tsxadadzenin qolu ilə məğlub edib. Cənublular kimi daha bir iddialı klub olan “Bakı” da turu məğlub başa vurub. Paytaxt təmsilçisi AZAL qarşısında aciz qalıb.



“Neftçi” – “Simurq” 4:2
Araz Abdullayev, 10, 36, Bahodur Nasimov, 69, Ruslan Abışov, 75 - Robertas Poşkus, 18, Kristap Qrebis, 90+2

”Qəbələ” – “Sumqayıt Şəhər” 3:1
Serge Djehoua, 36, Luiz Paulo Hilario, 70, Viktor Mendi, 86 - Samir Abasov, 39

“Turan” – “Qarabağ” 0:1
Bəxtiyar Soltanov, 4

“Xəzər Lənkəran” – “İnter” 0:1
Baçana Tsxadadze, 78

AZAL – “Bakı” 1:0
Tales Şütz, 15

“Rəvan” – “Kəpəz” 1:2
Reis Klaudinei, 57 - Yuri Fomenko, 30, 43



DOSTLARINLA PAYLAŞ:

oyunlar