“Neftçi”yə yeni baş məşqçi təyin olunub
03 May 2010 Bazar Ertəsi 15:15
Klubun əvəzedici heyətini bundan sonra İqor Getman çalışdıracaq.
"Neftçi"nin əvəzedici heyətinə yeni baş məşqçi təyin olunub. Klubun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, İqor Getman bu postda Nazim Əliyevi əvəz edib. Nazim Əliyevin istefasına səbəb kimi isə son iki oyundakı məğlubiyyətlər göstərilib.

Xatırladaq ki, İqor Getman bunadək "Neftçi" uşaq-gənclər futbol məktəbində baş məşqçi funksiyasını yerinə yetirirdi. O, futbolçu karyerası ərzində Azərbaycanda yalnız “Neftçi”nin şərəfini qoruyub. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar