"Neftçi"yə Qurban Qurbanov gətirilir?
22 Fevral 2010 Bazar Ertəsi 10:10
"Neftçi"yə Qurban Qurbanov gətirilir? Bu barədə məlumat kluba yaxın mənbələrdən əldə olunub.
Bakının “Neftçi” klubunun baş məşqçisi Vaqif Sadıqov istefaya göndərildikdən sonra kluba hansı mütəxəssisin təyin olunacağı maraqla gözlənilir. Namizədlər sırasında “Qarabağ”ın hazırki baş məşqçisi Qurban Qurbanov və “Turan”ın sabiq çalışdırıcısı türkiyəli Naci Şensoyun da adı var. Lakin kluba yaxın mənbələrdən əldə etdiyimiz məlumata görə, “Neftçi” rəhbərliyi kluba “Qarabağ”ın hazırki baş məşqçisi Qurban Qurbanovu gətirməyi planlaşdırır.

Etibarlı mənbədən aldığımız xəbəri dəqiqləşdirmək məqsədilə “Qarabağ” futbol klubunun mətbuat katibi Nurlan İbrahimovla əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri Qurban Qurbanovun “Neftçi” rəhbərliyi ilə hər hansı bir danışıqların aparması faktını təkzib edib. Klub rəsmisi eyni zamanda Q. Qurbanovun Ağdam təmsilçisi ilə 3 illik müqaviləsinin olduğunu diqqətə çatdırıb.

Xatırladaq ki, “Neftçi” klubu dünən Unibank Premyer Liqasının XXII turu çərçivəsində digər paytaxt təmsilçisi “İnter”ə məğlub olub və klub prezidenti Sadıq Sadıqov məğlubiyyəti Vaqif Sadıqova bağışlamayaraq onu istefaya göndərmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar