"Neftçi"yə erkən təbrik gəldi
17 Aprel 2011 Bazar 20:55
Nazim Süleymanov: "Onları indidən çempionluq münasibəti ilə təbrik edirəm"
"Komandamın oyunundan razı qaldım”. Bu sözləri Bakının AZAL klubunun baş məşqçisi Nazim Süleymanov deyib. O, Azərbaycan Premyer Liqasının XXVII turunda 1:2 hesabı ilə uduzduqları “Neftçi”nin ən yaxın izləyicisi ilə 8 xallıq fərqi nəzərə alaraq rəqibini təbrik edib.
“Baxmayaraq ki, ikinci hissənin əvvəlində nöqsanlar buraxdıq, qapımızda iki qol gördük. "Neftçi" klubunu indidən çempionluq münasibəti ilə təbrik edirəm", - deyə o vurğulayıb.
DOSTLARINLA PAYLAŞ: