“Neftçi”yə çempionluq kuboku təqdim olundu
19 May 2011 Cümə Axşamı 10:30
PFL prezidenti Ramin Musayev qaliblərə mükafat təqdim edib
Unibank Premyer Liqasının sonuncu - XXXII turunda "Xəzər Lənkəran" klubu ilə qarşılaşan "Neftçi" komandasına oyundan sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev tərəfindən çempionluq kuboku təqdim olunub.

ANS PRESS-in Peşəkar Futbol Liqasına istinadən verdiyi məlumata görə, bu "Neftçi" futbol klubunun tarixində sayca 6-cı çempionluğu olub. “Neftçi” geridə qalan 32 tur ərzində 67 xal toplamağa müvəffəq olub.

“XəzərLənkəran” isə 60 xal toplayaraq ikinci pilləni tutub. Üçüncü yerin sahibi isə 58 xal toplayan “Qarabağ” klubu olub.




DOSTLARINLA PAYLAŞ:

oyunlar