Neftçi Xose Kabion ilə müqavilə bağlayacaq
31 Yanvar 2013 Cümə Axşamı 17:39
Çilili futbolçu Xose Kabionla müqavilə bağlanacaq.
"Neftçi” klubu bu gün ikinci rəsmi transferini rəsmiləşdirməklə bağlı qərar verib. Bu haqda Qol.Az saytının müxbiri ilə söhbətində klubun vitse-prezidenti Tahir Süleymanov bildirib. Onun sözlərinə görə, klub rəhbərliyinin və məşqçilər heyətinin bu gün keçiridiyi toplantıdan sonra komandada baxışda olan ispaniyalı Pedro Ariasın geri göndərilməsi, çilili Xose Kabionla isə 6 ay+1 illik müqavilə bağlanması qərara alınıb.

Xose Luis Kabion 14 noyabr 1983-cü ildə Çilidə anadan olub. Son klubu Çilinin yüksək dəstə komandası “Kobresal” olan futbolçu, ampluaca yarımmüdafiəçidir. Əsasən mərkəz və dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edə bilir.

Çili və İtaliya vətəndaşlığı olan Kabion, karyerası ərzində “Deportes Melipilya”, “Kolo Kolo”, “Santyaqo Morninq”, “Everton” və “Kobresal” kimi yerli klubların şərəfini qoruyub. Legionerlik həyatı yaşayaman Kabion, 2007-ci ildə Çili millisinin formasını geyinib və 6 matçda meydana çıxıb.

Xatırladaq ki, bundan öncə "Neftçi" braziliyalı Denis Silvanı da heyətinə qatmışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar