Neftçi XL-lə görüşə hazırdır
05 Mart 2011 Şənbə 22:01
Neftçi klubu sabah Lənkərana yola düşəcək.
Bakının “Neftçi” klubu Azərbaycan kubokunun 1/4 final mərhələsində “Xəzər Lənkəran”la cavab oyununun hazırlığına başlayıb. Komanda ilk görüşdən sonra bir günlük istirahətin ardından məşqlərini bərpa edib. Bu, klubun bazasındakı meydançada keçib. Məşqdə zədəlilər - Emil Mpenza, Yasin Hima, Amit Quluzadə və Paulius Qribauskasdan başqa bütün futbolçular iştirak ediblər. "Neftçi"nin növbəti məşqi sabah saat 11:00-da olacaq. Bundan sonra isə komanda üzvləri Lənkərana yollanacaqlar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: