Neftçi Xəzər-Lənkaran klubunu darmadağın edib
06 Noyabr 2011 Bazar 18:09
Neftçi Xəzər-Lənkaran klubunu darmadağın edib. "Böyük oyun"lar tarixində ilk dəfə qeydə alınan böyük hesab.
Bu gün Premyer Liqada II dövrənin I turu çərçivəsində Bakının "Neftçi" klubu Lənkəranın "Xəzər-Lənkəran" komandası üzərində 5 cavabsız top vurmaqla qalib gəlib.

Trend-in məlumatına görə, böyük maraqla gözlənilən "Neftçi" - "Xəzər Lənkəran" qarşılaşması isə güclü yağış altında baş tutub. "Böyük oyun"lar tarixində ilk dəfə qeydə alınan böyük hesab bakılıların 5 cavabsız qolu ilə yadda qalıb.

Çempionun liderini darmadağın edib xal fərqini minimuma endirməsində əsas pay sahibi Flavinyo olub. Braziliyalı bu dəfə də vurduğu ilk 2 qolla qonaqların müqavimətini qırıb.

Turun digər oyununda isə Tovuzun "Turan" klubu öz ev oyununda "İnter" komandasına 0:1 hesabıyla uduzub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar