Neftçi turniri başıuca tərk edə biləcəkmi
07 Avqust 2012 Çərşənbə Axşamı 12:49
Qitənin ən nüfuzlu klub turnirinin pley-off mərhələsinə vəsiqə uğrunda 28 kollektiv mübarizə aparır.
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək. Azerisport.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin pley-off mərhələsinə vəsiqə uğrunda 28 kollektiv mübarizə aparır.

Bu iştirakçılar arasında Azərbaycan çempionu “Neftçi” də var. “Ağ-qaralar” ikinci təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı Gürcüstan “Zestafoni”sinin aqibətini bu dəfə İsrail təmsilçisi “Hapoel”ə (Kiryat Şmona) də yaşatmaq iddiasındaydı. Lakin çox təəssüf ki, ilk oyunda böyük hesabla uduzan "ağ-qaralar" bu şansı, demək olar ki, boşa veriblər. Bu üzdən də təmsilçimizin cavab oyununda sensasiyaya imza atması inandırıcı görünmür.

"Neftçi" kimi, qardaş Türkiyənin "Fenerbahçe" klubu da ilk oyunda uğursuzluqla üzləşib. Bu komanda da ev oyununda "Vaslui" klubuna məğlubiyyətdən son anda qurtula bilmişdi. İndi “sarı-lacıvərdlilər” növbəti mərhələnin taleyinə çətin səfər görüşündə aydınlıq gətirmək məcburiyyətində qalıb.

Qeyd edək ki, bu mərhələni qalib başa vuran kollektivlər pley-off mərhələsinə vəsiqə qazanmaqla yanaşı, daha bir mühüm şans əldə edəcəklər. Belə ki, pley-offda qələbə qazanacaq komandalar ÇL-in qrup mərhələsinə vəsiqə qazanacaqlarsa, məğlublar da birbaşa Avropa Liqasının qruplarında oynamaq fürsəti əldə edəcəklər. Elə ÇL-in üçüncü təsnifat mərhələsinin məğlubları da Avroliqanın pley-off mərhələsində mübarizə aparmaq şansına malikdilər.

Çempionlar Liqası
3-cü təsnifat mərhələsi (cavab oyunları)
7 avqust

23:00. Feyenoord (Hollandiya) - Dinamo (Kiyev, Ukrayna) (1:2)
23:30. Debrecen (Macarıstan) - BATE (Belarus) (1:1)

8 avqust

20:00. Dudelange (Lüksemburq) - Maribor (Sloveniya) (1:4)
21:00. Neftçi (Azərbaycan) - Hapeol (Kiryat Şmona, İsrail) (0:4)
21:00. Helsingborg (İsveç) - Slask (Polşa) (3:0)
22:00. HJK (Finlandiya) - Celtic (Şotlandiya) (1:2)
22:00. Slovan (Çexiya) - CFR Cluj (Rumıniya) (0:1)
22:00. Ekranas (Litva) - Anderlecht (Belçika) (0:5)
23:00. Basel (İsveçrə) - Molde (Norveç) (1:0)
23:00. Vaslui (Rumıniya) - Fenerbahçe (Türkiyə) (1:1)
23:30. Brugge (Belçika) - Copenhagen (Danimarka) (0:0)
23:45. Panathinaikos (Yunanıstan) - Motherwell (Şotlandiya) (2:0)
23:45. Dinamo (Zaqreb, Xorvatiya) - Şerif (Moldova (1:0)
23:45. Partizan (Serbiya) - AEL Limassol (Kipr) (0:1)


DOSTLARINLA PAYLAŞ:

oyunlar