Neftçi Türkiyə klubuna aman vermədi
23 İyul 2010 Cümə 10:55
Flaqman Bolu şəhərində hazırlıqlarını davam etdirir.
“Neftçi” futbol klubu yeni mövsümə hazırlıqlarını Türkiyənin Bolu şəhərində davam etdirir. Təmsilçimiz bu bölgədə hazırlıq prosesi çərçivəsində Türkiyənin “Orduspor” klubu ilə yoldaşlıq görüşünə çıxıb.
Klubdan verilən məlumata göeə, qarşılaşma “Neftçi”nin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Neftçi”nin heyətində 2 dəfə Rəşad Abdullayev, hərəyə bir dəfə isə klubun yeni üzvləri Bahodir Nasimov və Flavinyo fərqlənib.
Oyundan sonra “Orduspor”un baş məşqçisi Uğur Tütüneker “Neftçi”nin onun komandasından tam üstün olduğunu söyləyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: