Neftçi - Turan heç-heçə
15 Mart 2009 Bazar 18:20
Premyer Liqanın XVIII turu çərçivəsində keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb
Futbol üzrə Azərbaycan Premyer Liqasının XVIII turu çərçivəsində keçirilən sonuncu matç "Neftçi" Turan matçı da başa çatıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada 1:1 hesabılı heç-heçə qeydə alınıb. Qarşılaşmada ilk qolu "Turan" vurub, 26-cı dəqiqədə Asəf Qədiri fərqlənib 0:1. Matçın 43-cü dəqiqəsində Ruslan Abışov qırmızı vərəqə alaraq "Neftçi"ni azlıqda qoyub. İlk yarı "Turan"ın 1:0 hesablı üstünlüyü ilə başa çatıb. İkinci hissınin əvvələrində "Neftçi" hesabı bərabərləşdirib. 57-ci dəqiqədə Ruslan Abbasovun Samir Əliyevə qarşı hərəkətini hakim İmanxan Sultani penaltı kimi qiymətləndirir. Ruslan Abbasov qırmızı vərəqə alaraq meydandan qovulub. 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Marko Davçev hesabı bərabərləşdirir 1:1. Oyun elə bu hesabla da başa çatıb.
 
/ANS PRESS/


DOSTLARINLA PAYLAŞ:

oyunlar