"Neftçi" "Rubin"in əvəzediciləri ilə oynayacaq
26 Noyabr 2010 Cümə 19:50
Paytaxt təmsilçisinin nümayəndələri Türkiyəyə ezam olunub
Bakının “Neftçi” klubunun nümayəndələri Türkiyəyə ezam olunub. Paytaxt təmsilçisinin icraçı direktoru Mübariz Xudiyev və məşqçi-seleksiyaçı Bəxtiyar Musayevin səfərinin məqsədi Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışı üçün məkan seçməkdir.

“Neftçi”nin əvvəlcədən məlum olan hazırlıq planının ardından yoxlama oyunlarındakı rəqiblər də müəyyənləşib. Gələn il yanvarın 7-8-də Bakıda tibbi baxışdan keçəcək flaqman Antalyada ayın 10-dan 20-dək keçiriləcək hazırlığın ilk mərhələsində bir yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Görüşün yanvarın 19-da Rusiya çempionatının bürünc mükafatçısı olan "Rubin" klubunun ikinci komandası ilə keçirilməsi nəzərdə tutulub.

Yanvarın 24-dən fevralın 4-dək yenə də Antalyada baş tutacaq ikinci mərhələdə isə üç yoldaşlıq oyunu keçirmək niyyətində olan bakılılar yanvarın 29-da Avstriya təmsilçisi "Şturm"la qarşılaşmalıdır. Baş tutacağı gözlənilən bu görüşlə bağlı Avstriya klubundan müsbət cavab da gəlib. Lakin rəqiblərin dəyişdiriləcəyi ehtimalı da var.


DOSTLARINLA PAYLAŞ:

oyunlar