“Neftçi” Rodriqinyonu transfer etdi
03 Fevral 2011 Cümə Axşamı 13:10
“Ağ-qaralar”ın futbolçu üçün 100 min dollar ödədiyi bildirilir
Bakının “Neftçi” klubu daha bir futbolçunun transferini reallaşdırıb. ANS PRESS-in Braziliya mətbuatına istinadən verdiyi məlumata görə, tam adı Rodrigo Cesar Castro Cabral olan, qısaca Rodriqinyo adlandırılan futbolçu “Neftçi” ilə razılığa gəlib.

“Santos” klubunun 29 yaşlı futbolçusunun “Neftçi”yə 100 min dollara başa gəldiyi bildirilir. Braziliya mətbuatının məlumatına görə, futbolçunun transfer hüququnun 50 faizi “Neftçi”yə, digər hissəsi isə “Santos”a məxsus olacaq. Rodriqinyo ilə ”Neftçi” klubunun imzaladığı müqavilənin müddətinin bir il olduğu bildirilir.

Xatırladaq ki, Rodriqinyo bir vaxtlar məşhur futbolçu Pelenin də formasını geyindiyi “Santos”dan başqa “Atletiko”, “Portugeza”, “Botofoqo”, “Bayya”, “Sport”, “Avai”, “Mirassol” və “Quarani” klublarında da çıxış edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar