Neftçi Rəşad Abdullayevi cəzalandırdı
10 Noyabr 2011 Cümə Axşamı 12:20
Futbolçu Rəşad Abdullayev Şəhriyar Xəlilovu vurduğu üçün üzgün olduğunu bildirib.
"Neftçi" futbol klubu futbolçusu Rəşad Abdullayevi cəzalandırıb. ANS PRESS-in “Neftçi”yə istinadən verdiyi məlumata görə, futbolçuya cəza verilməsi klubdaxili yığıncaqda qərara alınıb. İclasda Unibank Premyer Liqasının XII turunun "Neftçi" – "Xəzər Lənkəran" matçında baş verən olaylar müzakirə edilib.

Futbolçu Rəşad Abdullayev klubun daxili intizam kodeksini pozduğuna görə cəza aldığı bildirilir. Ancaq cəzanın konkret nədən ibarət olduğu haqda məlumat verilmir. Yarımmüdafiəçi qərarla bağlı fikirlərini klubun rəsmi saytına bildirib: "Klub rəhbərliyinin qərarına hörmətlə yanaşıram. "Xəzər Lənkəran"la oyunda baş verən hadisəyə görə üzgünəm və çalışacağam ki, bir daha belə hallar olmasın".

Xatırladaq ki, Unibank Premyer Liqasıənın XII turu çərçivəsində oynanan “Neftçi” – “Xəzər Lənkəran” matçında rəqib futbolçu Şəyriyar Xəlilovun üzünə yumruq zərbəsi vurmuşdu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar