Neftçi rəhbərliyi istefa verdi
28 Oktyabr 2012 Bazar 18:56
Buna səbəb “ağ-qaralar”ın 7 oyunda 3-cü dəfə meydanı başıaşağı tərk etməsi olub.
Azərbaycan Premyer Liqasının hesabat turunda “Rəvan”a 0:2 hesablı məğlubiyyətdən sonra “Neftçi” rəhbərliyi istefa verib. Apasport.az saytının məlumatına görə, buna səbəb “ağ-qaralar”ın keçirdiyi 7 oyunda 3-cü dəfə meydanı başıaşağı tərk etməsi olub. “Neftçi” “Rəvan”la oyundan öncə Avroliqada “Rubin”ə uduzmuşdu.

Xatırladaq ki, “Neftçi” 12 xalla turnir cədvəlində “Rəvan” və “Xəzər Lənkəran”la 6-8-ci yerlərə şərikdir. Onlar Avropa Liqasında isə hələlik 1 xal toplayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar