Neftçi qələbəni 120-ci dəqiqədə qazandı
07 Mart 2013 Cümə Axşamı 22:52
Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilib.
Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, finalın bir addımlığınadək irəliləyən ilk komanda paytaxt derbisində müəyyənləşib. “İnter” – “Bakı” qarşılaşmasının 2:2 hesabı ilə başa çatmasından sonra səfərdə daha çox qol vuran sonuncular mərhələ adlayıb. Paytaxtın eyniadlı təmsilçisinin yarımfinaldakı rəqibi isə “Xəzər Lənkəran” olacaq. Cənublular ilk oyunda olduğu kimi yenə “Rəvan”ı məğlub edib. Bu dəfə hesab daha böyük olub – 4:1.

Son 2 mövsümün Azərbaycan çempionu “Neftçi” isə yarımfinala əlavə vaxtda vəsiqə qazanıb. “Simurq”la 2 qarşılaşmadakı 180 dəqiqədə rəqibinin müqavimətini qıra bilməyən bakılılar yalnız əlavə vaxtın son dəqiqəsində qələbə qolunu vurub. “Ağ-qaralar”ın yarımfinaldakı rəqibi isə günün son matçında müəyyənləşib. “Qarabağ” öz meydanında “Qəbələ” ilə qolsuz heç-heçə edib. Ağdamlılar da “Bakı” kimi səfər qolu hesabına mərhələ adlayıb.

“Qarabağ” – “Qəbələ” 0:0
İlk oyun - 1:1

“Neftçi” – “Simurq” 1:0
Flavinyo, 120
İlk oyun - 0:0

“Xəzər Lənkəran” – “Rəvan” 4:1
Ağabala Ramazanov, 8; 84; 90; Lusiano Olgin, 30 - Miloş Adamoviç, 70
İlk oyun - 2:1

“İnter” – “Bakı” 2:2
Baçana Sxadadze 42; 60 - Aleksandar Şoliç, 32; Şəhriyar Əliyev, 78
İlk oyun - 1:1




DOSTLARINLA PAYLAŞ:

oyunlar