Neftçi Qəbələdə büdrədi
20 Noyabr 2011 Bazar 17:26
Neftçi klubu Qəbələdə büdrədi. "Bakı" isə paytaxtda "Turan"ı darmadağın edib
Bu gün Premyer Liqada XIII turun qalan oyunları keçirilib. Qəbələyə 1000-ci qolun ardınca yollanan “Neftçi” evə 3 xalla dönməyi planlaşdırırdı. Lakin flaqmanın cəhdi uğursuz alınıb. Nəticədə “Neftçi” Bakıya xalsız qayıtmaq məcburiyyətində qalıb.

“Bakı”nın “Turan”la oyunu isə qol yağışı ilə yadda qalıb. Maliyyə problemlərindən əziyyət çəkən Tovuz klubu rəqibinə ciddi müqavimət də göstərməyib.

Sonuncu matca gəldikdə, bu, “Şəfa” stadionunda keçiriləcək “İnter” - “Qarabağ” qarşılaşmasıdır. Oyun saat 18.00-da start götürəcək.


“Qəbələ” – “Neftçi” 1:0
Aleksandr Çertoqanov, 40

“Bakı” – “Turan” 5:0
Denis İvanov, 15, Haviyer Junior, 28, 88, Uinston Parks, 39, Soliç, 44


DOSTLARINLA PAYLAŞ:

oyunlar