“Neftçi” “Qaatasaray”ın futbolçusu üçün yarım milyon təklif edib?
26 Aprel 2011 Çərşənbə Axşamı 12:11
Türkiyə mətbuatının iddia edir, “flaqman” isə təkzib edir
Türkiyə mətbuatında “Qalatasaray” klubunun qapıçısı Robinson Zapata ilə bağlı yeni məlumat yayılıb. ANS PRESS-in “Heberform.com” saytına istinadən verdiyi məlumata görə, Zapata üçün Bakının “Neftçi” klubunun transfer təklifi ünvanladığı iddia edilir. Zapata üçün “Neftçi” klubunun illik 500 min avro məvacib ayırmağa söz veridiyi də yayılan xəbərlər arasındadır.

Klubdan ANS PRESS-ə bildirildi ki, Zapatanın transferi ilə bağlı qarşı tərəflə heç bir danışıqlar aparılmır. “Neftçi” klubundan Zapatanın transfer ediləcəyi təqdirdə bu haqda rəsmi məlumatın veriləcəyi bildirilib.

Xatırladaq ki, Robinson Zapata ilin əvvəlində “Qalatasaray” klubu ilə 1,5 illik müqaviləyə imza atıb. Qapıçı Türkiyə çempionatı oyunlarında qapısında gördüyü kuryoz qollarla “Qalatasaray” rəhbərliyinin etimadını itirib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar