Neftçi prezidenti Sadıq Sadıqov Antalyaya yollanıb
31 Yanvar 2011 Bazar Ertəsi 20:55
Neftçi prezidenti Sadıq Sadıqov komandanın təlim-məşq düşərgəsinə baş çəkib.
"Neftçi"nin prezidenti Sadıq Sadıqov bu gün Türkiyənin Antalya şəhərinə yollanaraq, burada təlim-məşq toplanışı keçən komandanın düşərgəsinə baş çəkib. Klubdan verilən məlumata görə, prezident futbolçu, məşqçi və texniki heyətlə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Sadıq Sadıqov "Neftçi"nin Antalyada keçirilən ikinci təlim-məşq toplanışında ardıcıl iki qələbə qazanmasına ürəkdən sevindiyini bildirib: "Çox şadam ki, komandamız təlim-məşq toplanışını uğurla keçir. Həm Ukraynanın "Arsenal", həm də Avstriya "Şturm"u üzərində qələbələrə ürəkdən sevindim. Xüsusilə, Avstriyanın ən güclü komandalarından sayılan "Şturm"u məğlub etməyiniz böyük əks-səda doğurub. Bakıda demək olar, bütün futbolsevərlər sizin qələbələrdən danışır".
Qeyd edək ki, yanvarın 24-də start götürən "Neftçi"nin ikinci təlim-məşq toplanışı fevralın 4-də yekunlaşacaq. Klub prezidenti Sadıq Sadıqovun "Neftçi"nin qarşıdakı yoxlama matçlarını izləməsi nəzərdə tutulub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: