“Neftçi” növbəti dəfə Azərbaycan çempionu oldu
30 Aprel 2012 Bazar Ertəsi 00:42
Bu, paytaxt komandasının müstəqillik tarixində əldə etdiyi 7-ci çempionluqdur.
19-cu Azərbaycan çempionatının başa çatmasına iki tur qalmış “Neftçi” ölkə çempionu adını özü üçün təmin edib. Məlumata görə, bu, “ağ-qaralar”ın müstəqil Azərbaycanın futbol tarixində yeddinci belə qələbəsidir.

“Neftçi” çempion adını ilk dəfə 1992-ci ildə qazanıb. Komanda 1995-96, 1996-97,2003-04, 2004-05 və 2010-11 mövsümündə də eyni nəticəni göstərib.

2011-12-ci il mövsümündə də eyni uğuru təkrarlayan paytaxt təmsilçisi bununla da tarixində yeddinci dəfə Azərbaycan çempionu adını özü üçün təmin edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar