"Neftçi"nin futbolçusu voleybola üz tutur
29 Dekabr 2010 Çərşənbə 17:35
Fərid Quliyev idman formasını itirməmək üçün bu yola əl atır
“Neftçi” klubunun futbolçusu Fərid Quliyev yaxın günlərdə digər idman növü ilə məşğul olmağa başlayacaq. Futbolçu 2011-ci ilin ilk yarısını ölkəmizin kişilərdən ibarət voleybol klublarından birində keçirmək fikrindədir.

Futbolçu idman formasını itirməmək üçün bu addımı atmağa məcbur olub. Fərid Quliyev gələn ilin ikinci yarısında “Neftçi” ilə müqaviləsi bitdikdən sonra özünə yeni klub axtarmağı planlaşdırır.

Xatırladaq ki, Fərid Quliyev ötən il “Standard” klubunun heyətində ən sərrast futbolçu seçilmişdi.



DOSTLARINLA PAYLAŞ:

oyunlar