Neftçi-nin futbolçusu İFFHS siyahısına düşüb
25 Noyabr 2010 Cümə Axşamı 15:35
Emil Mpenza ötən mövsüm "Sion"un heyətində vurduğu 21 qolla 32-ci yerdə qərarlaşıb
Beynəlxalq Futbol Tarixi və Statistika Federasiyası (İFFHS) ötən mövsümün ən yaxşı hücumçuların siyahısını açıqlayıb. 45 forvardın yer aldığı siyahıda Azərbaycanda top qovan bir futbolçu da yer alıb.

Hazırda ”Neftçi”nin formasını geyinən belçikalı Emil Mpenza ötən mövsüm İsveçrənin “Sion” klubunun heyətində vurduğu 21 qolla 32-ci yerdə qərarlaşıb. İFFHS-in siyahısında ilk pilləni “Ayaks”ın uruqvaylı hücumçusu Luis Suares tutur.

Futbolçu ötən mövsüm “Ayaks”ın heyətində 35 qola imza atmaqla bu ada layıq görülüb. Lionel Messi “Barselona”nın heyətində vurduğu 34 qolla ən məhsuldar futbolçuların siyahısında ikinci yerdə qərarlaşıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar