"Neftçi"nin futbolçusu Elmar Baxşıyev xəstəxanaya düşdü
16 Avqust 2010 Bazar Ertəsi 17:40
Elmar Baxşıyev ciddi zədə alıb.
Ötən gün Premyer Liqanın II turu çərçivəsində keçirilən oyunda "Neftçi" "Qəbələ"ni 2:0 hesabı ilə yensə də, ciddi itki ilə üzləşib. Qarşılaşmanın 10-cu dəqiqəsində zədələnən Elmar Baxşıyev ciddi xəsarət alıb. Hətta meydançada ilkin tibbi yardım alan futbolçu daha sonra təcili yardım maşını ilə xəstəxanaya yerləşdirilib.

Futbolçunun durumu, həmçinin zədəsinin nə qədər ciddi olub-olmadığı bu gün Bakıda keçiriləcək tibbi müayinədən sonra məlum olacaq.

Xatırladaq ki, "Qəbələ" matçında meydana start heyətində çıxan Elmar 10-cu dəqiqədə zədələnib. Arif Əsədov 12-ci dəqiqədə onun yerinə Cavid Hüseynovu meydana buraxıb. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar