Nefçi Antalyaya gedir
18 Noyabr 2010 Cümə Axşamı 18:00
Bakı təmsilçisinin hazırlıq planı məlum olub
"Neftçi" futbol klubunun Unibank Premyer Liqasının 2010/11 mövsümünün qış fasiləsi üçün hazırlıq planı müəyyənləşib. Komanda üzvləri gələn ilin oyunlarına 3 mərhələdə hazırlaşacaqlar.

Klubdan ANS PRESS-ə verilən məlumata görə, futbolçular əvvəlcə yanvarın 7-8-də Bakıda tibbi baxışdan keçəcəklər. "Ağ-qaralar" yanvarın 10-da ölkə xaricinə yollanacaqlar. Türkiyənin Antalya şəhərində keçiriləcək ilk mərhələ ayın 20-də yekunlaşacaq.

İkinci mərhələ isə 24 yanvar - 4 fevral aralığında yenidən Antalyada baş tutacaq. Futbolçularımız baş məşqçi Arif Əsədovun rəhbərliyi altında hazırlıq tapşırıqlarını yerinə yetirməklə yanaşı, bir neçə yoldaşlıq görüşündə qüvvələrini sınayacaqlar. Hazırlığın sonuncu mərhələsi isə Bakıda keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar