“Neftçi”nin düşərgəsində fransız futbolçu - Yasin İma
17 Yanvar 2011 Bazar Ertəsi 10:50
Yasin İma flaqmanın heyətində baxışdadır.
"Neftçi"nin Türkiyənin Antalya şəhərində hazırlıq prosesi davam edir. Gündə iki dəfə məşq keçən flaqmanın heyətində bu gündən etibarən bir futbolçu baxışda olacaq.

ANS PRESS-in “Neftçi” futbol klubuna istinadən verdiyi məlumata görə, bu, Əlcəzair əsilli Fransa vətəndaşı Yasin İmadır.

1984-cü il martın 25-də dünyaya gələn İmanın son klubu "Eupen" (Belçika) olub. Bundan əvvəl İsveçrə çempionatında oynayan futbolçunun bir neçə gün baxışda olandan sonra komandada qalıb-qalmayacağı haqqında məşqçilər korpusu qərar verəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar