"Neftçi"nin baş məşqçisi istefaya göndərildi
21 Fevral 2010 Bazar 20:40
Klub rəhbərliyi Vaqif Sadıqova "İnter"ə məğlubiyyətini bağışlaya bilməyib
Azərbaycan Premyer Liqasının bu gün yekun vurulan təsnifat mərhələsindən sonra ölkə futbolunun flaqmanı hesab edilən "Neftçi" klubunun baş məşqçisi Vaqif Sadıqov istefaya göndərilib. Kluba yaxın mənbələrdən əldə edilən məlumata görə, istefaya səbəb komandanın bu gün turun əsas qarşılaşmasında "İnter"ə məğlub olmasıdır.

Xəbərə görə, qərar bu gün oyundan sonra baş məşqçi ilə klubun prezidenti Sadıq Sadıqov arasında baş tutan görüşdə qəbul olunub. Baş məşqçi oyundan sonra futbolçularla görüşərək vidalaşıb.

Klub rəhbərliyinin artıq "Turan"ın sabiq baş məşqçisi, türkiyəli mütəxəssis Naci Şensoyla danışıqlar apardığı bildirilir. "Neftçi"nin mətbuat xidməti Vaqif Sadıqovun istefası xəbərini təsdiqləsə də, hər hansı mütəxəssislə danışıqların getdiyini təkzib edib. Mətbuat xidməti yeni baş məşqçinin kim olması ilə bağlı hələ konkret variantın olmadığını deyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar