“Neftçi”nin 4 futbolçusuna təklif gəlib
28 Dekabr 2010 Çərşənbə Axşamı 09:45
“Abşeron” klubu “flaqman”ın oyunçuları ilə güclənmək fikrindədir
"Neftçi" futbol klubuna birinci divizionda mübarizə aparan "Abşeron" komandasından müraciət daxil olub.

“Neftçi” futbol klubundan ANS PRESS-ə verilən məlumata görə, müraciətdə birinci divizionda lider olan komandanın rəhbərliyinin flaqmanın 4 futbolçusunu 6 aylıq müddətinə icarəyə götürmək istədikləri bildirilir.

"Abşeron" klubu "Neftçi"nin gənc üzvləri-Eşqin Quliyev, Orxan Həsənov, Ruslan Tağızadə və Slavik Alxasovu heyətinə qatmaqda maraqlıdır.

Xatırladaq ki, bir neçə gün əvvəl "Neftçi"nin baş məşqçisi Arif Əsədov transferə çıxarılacaq futbolçuların siyahısını klub rəhbərliyinə təqdim etmişdi. Bu futbolçular Fərid Quliyev, Orxan Həsənov, Eşqin Quliyev, Vladimir Burduli və Ruslan Əmircanov idilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar