“Neftçi” möhtəşəm qələbə qazandı
18 Dekabr 2010 Şənbə 16:35
Bakı təmsilçisi “Gəncə”ni 4:0 hesabı ilə məğlub edib
Unibank Premyer Liqasının XVIII turu çərçivəsində “Gəncə” – “Neftçi” matçı baş tutub. “Flaqman” Gəncə şəhərində baş tutan oyunda rəqibinə heç bir şans verməyərək 4:0 hesabı ilə qalib gəlib.

Qarşılaşmanın 40-cı dəqiqəsində Emil Mpenza ilk olaraq “Neftçi”nin qoluna imza atıb. Sonradan isə İqor Mitreski (70 dəq), Rəşad Abdullayev (83 dəq) və Bahodir Nasimov (90 dəq) fərqlənərək “Neftçi”nin 4:0 hesablı qələbəsini rəsmiləşdiriblər.

“Neftçi” bu qələbədən sonra aktivindəki xalların sayını 38-ə çatdırıb. “Gəncə” isə məğlub olaraq aktivində olan 22 xalı artıra bilməyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar