Neftçi liderliyini qoruyub saxladı
25 Fevral 2011 Cümə 20:36
Neftçi klubu bu dəfə MOİK klubunu məğlub edib.
Unibank Premyer Liqasının XXII turunda "Neftçi" doğma meydanda MOİK klubunu qəbul edib. Rəqibini minimal hesabla məğlub edən "Neftçi" turnir cədvəlində liderliyini qorumağı bacarıb - 1:0. Matçın 40-cı dəqiqəsində Flavinyo fərqlənib.

"Bakı" isə AZAL klubunun qonağı olub. Qolsuz heç-heçə ilə başa çatan qarşılaşma "Bakı" klubunun "ilk altılıq"da mübarizə aparacağını qətiləşdirib. “Bakı”nın qazandığı 1 xal təsnifat mərhələsini 6-cı yerdə bitirdiyini rəsmiləşdirib.


“Qəbələ” fevralın 27-də evdə “Gəncə”yə qalib gəlsə belə, “altılıq”dan kənarda qalacaq. Çünki komandanın “Bakı” ilə xalları bərabər olsa da, şəxsi oyunların hər ikisində uduzduğundan, ondan geridə qalır.

Qeyd edək ki, təsnifat mərhələsinə fevralın 27-də “Qəbələ” - “Gəncə”, “İnter” - “Xəzər Lənkəran” və “Simurq” – “Muğan” görüşləri ilə yekun vurulacaq.



DOSTLARINLA PAYLAŞ:

oyunlar