Neftçi liderliyi ələ aldı
29 Avqust 2010 Bazar 18:10
Neftçi "Şəfa" stadionunda "İnter"i məğlub edib.
Bu gün “Şəfa” stadionunda “İnter” "Neftçi"ni qəbul edib. Maraqlı və gərgin keçən paytaxt derbisi “Neftçi”nin qələbəsi ilə başa çatıb. İlk qolu 33-cü dəqiqədə “Neftçi”nin özbək futbolçusu, Premyer Liqanın bombardiri Bahodir Nasimov vurub. İkinci hissənin 50-ci dəqiqəsində “Neftçi”nin qazandığı 11 metrlik cərimə zərbəsini Flavinyo dəqiq yerinə yetirərək, matçın taleyini həll edib.

“Neftçi” xal hesabını 10-a çatdıraraq, turnir cədvəlinin vahid liderinə çevrilib.

Günün digər oyunları isə belə nəticələnib:

"Simurq" - "Turan" 2-2

"Muğan" - "Gəncə" 1-1
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar