Neftçi klubunda istefalar davam edir
03 Oktyabr 2009 Şənbə 21:45
Neftçi klubunda istefalar davam edir. Üç nəfər islahatların qurbanı olub.
Baş məşqçi Böyük Ağayev və vitse-prezident İlqar Quluzadənin komandadan qovulmasından sonra daha 3 nəfər “Neftçi” klubunu tərk edib. Məşqçi İqor Getman və komandanın fizioterapevti Rəhim Məhərrəmov islahatların qurbanı olub. Bundan əlavə, klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Səfiyarlı da komandadan ayrılıb.

Azərbaycandakı futbolçu karyerası ərzində “Neftçi”yə sadiq olan və əvvəlki rəhbərliklər tərəfindən layiqli qiymətini alan Getman da haqsızlıqla üzləşib.ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar