Neftçi klubunda istefa
11 Mart 2010 Cümə Axşamı 16:10
Neftçi klubunda istefa. Şakir Qəribov öz xahişi ilə işindən ayrılıb.
“Neftçi” futbol klubunun məşqçilərindən biri Şakir Qəribov istefa verib. Klubun mətbuat xidmətindən verilən məlumata görə, klubun məşqçilər korpusuna daxil olan Şakir Qəribov öz xahişi ilə klubdan ayrılmaq istəyib.
“Neftçi” klubu rəhbərliyi isə öz növbəsində Şakir Qəribovun istefasını qəbul edərək, ona gələcək işlərində uğurlar arzulayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: