Neftçi klubu yenidən taxta əyləşdi
23 Fevral 2013 Şənbə 23:02
Neftçi klubu "İnter"in uzun sürən liderliyinə son qoyub.
Bu gün Topaz Premyer Liqasının 21-ci turunun növbəti oyunları keçirilib. ANS PRESS-in məlumatına görə, ikinci oyun günündə 3 qarşılaşma baş tutub.
Turun ən maraqla gözlənilən görüşlərindən biri Qəbələdə baş tutub. Burda yerli “Qəbələ” “Xəzər Lənkəran”la üz-üzə gəlib. Meydan sahibləri iki cavabsız qolla qələbə qazanaraq, ilk altılıqdakı yerini rəsmiləşdiriblər.
İlk altılıq ümidlərini hələ də saxlayan AZAL bu tur “Kəpəz”i qəbul edib. Paytaxt klubu çempionatın aşkar autsayderini darmadağın edib.
Turun mərkəzi qarşılaşmasında isə “Neftçi” “İnter”lə üz-üzə gəlib. Görüş "ağ-qaralar"ın qələbəsiylə başa çatıb. Beləliklə "Neftçi" liderliyi "İnter"dən təhvil alıb.
Xatırladaq ki, ötən gün baş tutan qarşılaşmalarda "Qarabağ" "Rəvan"ı 3:2 hesabı ilə məğlub etmişdi, "Bakı"-"Simurq" matçı isə 0:0 hesabı ilə birmişdi.
DOSTLARINLA PAYLAŞ: