Neftçi klubu Rubin klubu ilə oyundan imtina etdi
18 Yanvar 2011 Çərşənbə Axşamı 21:20
Neftçi klubu Rubin klubu ilə oyundan imtina etdi. Əvəzində flaqman Rusiyanın "SKA-Energiya" klubu ilə anlaşıb.
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi" Rusiyanın "Rubin" klubunun əvəzedici komandası ilə qarşılaşmaqdan imtina edib. Buna səbəb rusların oyunun vaxtını dəyişmək istəyi olub. Belə ki, qarşılaşmanın yanvarın 19-u Türkiyə vaxtı ilə saat 18.00-da (Bakı vaxtı ilə 20.00) keçirilməsi nəzərdə tutulmuşdu. Lakin "Rubin"in nümayəndələri bu gün "Neftçi"yə müraciət edərək, oyunun yerli vaxtla saat 15.00-da (Bakı vaxtı ilə 18.00) keçirilməsini istəyib. Bu isə Antalyada hazırlıq prosesi keçən "Neftçi"nin qrafikinə uyğun olmadığına görə, klub oyunun keçirilməsindən imtina edib.

Hər gün Antalyada iki məşq keçən komanda səhər məşqini yerli vaxtla saat 10.30-da, axşam məşqini isə 18.00-da keçir. "Neftçi"nin "Rubin"lə qarşılaşmadan imtina etməsinə səbəbi bu olub.

Dərhal yoxlama görüşü keçirmək üçün komanda axtarışına çıxan klub nümayəndələri Rusiyanın "SKA-Energiya" komandası ilə anlaşıb. Beləliklə, "Neftçi" yanvarın 19-da Bakı vaxtı ilə 20.00-da Rusiyanın "SKA-Energiya" komandası ilə yoxlama oyunu keçirəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar