Neftçi klubu rəqibinə divan tutdu
17 Noyabr 2012 Şənbə 16:53
"Ağ-qaralar" "Sumqayıt"ı 8:1 hesabı ilə məğlub edib.
Futbol üzrəAzərbaycan çempionatının XIII turuna bir oyunla start verilib. ANS PRESS-in məlumatına görə, son çempion "Neftçi" "Sumqayıt"la üz-üzə gəlib. Qarşılaşma "Neftçi"nin böyükhesablı qələbəsilə yekunlaşıb. "Ağ-qaralar" rəqib qapısından 8 top keçiriblər.
"Sumqayıt" bu qollardan yalnız birinin əvəzini çıxa bilib. "Neftçi"nin heyətində Nikolas Kanales "poker"lə yadda qalıb. Julius Vobay isə dubl edib. Digər qolları isə Caviv İmamverdiyev və Bruno Bertuççu vurub.
Qeyd edək ki, "Neftçi" bu qələbədən sonra aktivindəki xalların sayını 18-ə çatdıraraq turnir cədvəlində 7-ci yerdən 3-cü pilləyə yüksəlib. XIII turun digər qarşılaşmaları sabah və noyabrın 19 oynanacaq. Sabah "Qarabağ"-"Simurq", "İnter"-"Turan", "Bakı"-"Xəzər Lənkəran", noyabrıln 19-da isə "Qəbələ"-"Kəpəz", "Rəvan"-AZAL matçları baş tutacaq.
DOSTLARINLA PAYLAŞ: